RU

Qonşu ölkənin əhalisi yoxsullaşır – insanlar yalnız bunları ala bilir

Rusiyada əhalinin alıcılıq qabiliyyətinin zəiflədiyi ilə bağlı yeni açıqlama verilib.

Musavat.com xəbər verir ki, Rusiyada fəaliyyət göstərən mağazalar şəbəkəsinin direktoru İrina Smirnova maaşların qiymət artımına çatmadığını bildirib.

Onun sözlərinə görə, bu səbəbdən alıcılar əvvəlki kimi geniş ərzaq səbəti formalaşdıra bilmir.

Smirnova qeyd edib ki, əvvəllər alıcıların səbətində süd, pendir, yağ və əlavə ərzaqlar olduğu halda, indi əsasən yalnız baza məhsulları – süd və yağ qalır.

O bildirib ki, əvvəlki kimi eyni məbləğ xərclənsə də, həmin pula alınan məhsulun həcmi artıq azalıb.

Musavat.com

Избранный
57
musavat.com

1Источники