RU

İnternet tamamən kəsilir, banklar bağlanır – Rusiyaya qarşı sərt plan açıqlandı

Rusiyaya qarşı yeni sərt təklif beynəlxalq gündəmdə müzakirə olunur.

Musavat.com xəbər verir ki, Çexiya Prezidenti Petr Pavel Moskvanın internet və peyk sistemlərindən təcrid edilməsini təklif edib.

Onun sözlərinə görə, bu addım Rusiyanın hərbi potensialını zəiflədə və birbaşa insan itkisi olmadan ciddi təsir yarada bilər. Pavel bildirib ki, Rusiya güc dilini anlayır və davranış dəyişikliyi məhz təzyiq vasitəsilə mümkündür.

Çexiya lideri mümkün addımlar sırasında Rusiyanın internetdən ayrılması, banklarının qlobal maliyyə sistemlərindən çıxarılması, həmçinin NATO hava məkanını pozan pilotsuz və ya pilotlu təyyarələrin vurulmasını da qeyd edib.

Musavat.com

Избранный
8
4
musavat.com

5Источники