ain.az, Apasport saytına istinadən bildirir.
Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatı sona yaxınlaşır.
Apasport.az xəbər verir kördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.
Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.
Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalı boynundan asıb.
Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya çatıb. Bunlar 4 qızıl, 1 gümüş və 1 bürünc medaldan ibarətdir.
Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb
Millimiz Avropa ikincisi oldu
Güləşçimiz Avropa çempionatının finalında
Qadağa aradan qalxdı: RUSİYA BAYRAĞI VƏ HİMNİNƏ İCAZƏ VERİLDİ
Əli Cavadlı: “Əsas hədəfim Bakıda dünya çempionu olmaqdır”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.