RU

Britaniyada etirazçılar üçün həbs cəzaları sərtləşir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyada iqlim fəalları və Fələstinlə həmrəylik aksiyalarında iştirak edən şəxslərə qarşı həbs cəzalarının artdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, "Queen Mary University of London" və "Defend Our Juries" tərəfindən hazırlanan hesabatda bu şəxslərin artıq “yeni siyasi məhbuslar” kimi formalaşdığı qeyd olunur.

Araşdırmaya əsasən, etiraz aksiyalarına görə 286 nəfər həbs olunub və onlara ümumilikdə 136 il həbs cəzası verilib. Orta həbs müddəti 28 həftə təşkil edib. Həbs olunanların üçdə biri altı aydan çox, beşdə biri isə bir ildən artıq həbs cəzası alıb.

Hesabat müəlliflərindən biri, iqlim ədaləti professoru David Vayte bildirib ki, ağır cəzalar əsasən siyasi motivli etirazlarda iştirak edən şəxslərə qarşı tətbiq olunur.

Araşdırmada xüsusilə məhkəməyə qədər uzunmüddətli saxlanmaların etirazları zəiflətmək məqsədi daşıdığı vurğulanır. Məsələn, “Filton 24” kimi tanınan fəallar qrupu İsrailin "Elbit Systems" şirkətinə aid zavodda keçirilən aksiya ilə bağlı 18 aya qədər həbs cəzası verilib.

Hesabatda həmçinin qeyd olunur ki, həbs hallarının böyük hissəsi “məhkəməyə hörmətsizlik” ittihamları ilə bağlıdır. Bu ittihamlar əsasən etirazları məhdudlaşdıran məhkəmə qadağalarının pozulmasına görə irəli sürülür.

Britaniya məhkəmə nümayəndələri isə hakimlərin qərarları qanun və mövcud sübutlar əsasında verdiyini bildiriblər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
40
bizimyol.info

10Источники