RU

“Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında Dembo Darbonun transfer olunmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qambiyalı forvardın keçidi haqda bunları deyib:

“Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.

“Neftçi” Dembo ilə 2 illik müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
futbolpress.az

1Источники