RU

Acun Ilıcalının klubu Premyer Liqaya yüksəldi

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, komanda pley-off finalında “Midlsbro” ilə qarşılaşıb və qələbə qazanaraq bu uğura imza atıb.

Görüş “Hall Siti”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 90+5-ci dəqiqədə Oliver Makberni vurub.

Xatırladaq ki, daha əvvəl “Koventri Siti” və “İpsviç” Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

Избранный
55
9
90deqiqe.az

10Источники