Bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) rəsmi "X" (keçmiş "Twitter") hesabı vasitəsilə məlumat yayıb. Qurumdan bildirilib ki, bu addım immiqrasiya sistemindəki mövcud boşluqlardan sui-istifadə hallarının qarşısını almaq məqsədilə atılıb. Yeni qayda sayəsində "Green Card" müraciəti rədd edilən şəxslərin ABŞ-də qeyri-qanuni şəkildə qalmasının qarşısı alınacaq. Rəsmi açıqlamada tələbə, turist və müvəqqəti işçi vizası ilə ABŞ-də olan şəxslərin ölkəyə yalnız qısamüddətli və konkret məqsədlərlə gəlməsinə icazə veriləcək:
"Mövcud sistem bu kateqoriyadan olan şəxslərin səfər müddəti bitdikdən sonra ölkəni tərk etmələri üçün nəzərdə tutulub. Onların ABŞ-də müvəqqəti qalması heç bir halda “Green Card” prosesinin ilk addımı kimi qiymətləndirilməməlidir".
Qeyd edək ki, yeni qayda ABŞ-də müvəqqəti viza ilə yaşayıb, statusunu ölkə daxilində dəyişmək istəyən minlərlə xarici vətəndaşın planlarına ciddi təsir göstərəcək.(Sfera.az)