RU

“Araz-Naxçıvan” “Zirə”ni 5 qollu oyunda məğlub etdi

BAKI, 23 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.

"SOCAR Polymer Arena"da baş tutan görüş məhsuldar alınıb. Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.

“Araz-Naxçıvan”ın qollarını 15-ci dəqiqədə P. Andrade, 32-ci dəqiqədə F. Santos və 73-cü dəqiqədə R. Maçado vurub. “Zirə”nin heyətində isə 69-cu dəqiqədə R. Renato, 82-ci dəqiqədə M. Junior fərqlənib.

Bu nəticədən sonra “Araz-Naxçıvan” turu qələbə ilə başa vurub, “Zirə” isə səfərdən xalsız dönüb.

Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə penaltidən yararlana bilməyib.

Избранный
57
42
teleqraf.com

10Источники