“Tuluza”nın yeni baş məşqçisinin kimliyi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, komandanı yeni mövsümdən Yens Bertel Askou çalışdıracaq. Danimarkalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 43 yaşlı Askou buna qədər “Motervell”, “Horsens”, “Göteborq” və “HB Torshavn” klublarının baş məşqçisi olub.
Xatırladaq ki, “Tuluza” Liqa 1-də 33 oyuna 44 xalla 10-cu yeri tutur. Komandanı çalışdıran Karles Martines mövsümün sonunda baş məşqçi vəzifəsini tərk edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта