Mayın 23-də cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının 3-cü turu start götürüb.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 9 çəkidə 271 cüdoçu mübarizəyə qoşulub.
Qızlar -36 kq, -44 kq, -52 kq, -63 kq, +70 kq; oğlanlar: -38 kq, -46 kq, -55 kq, -66 kq çəki dərəcələrində medalçıları müəyyənləşdiriblər.
Bu, cari ildə U-14 Liqa yarışının son turudur. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-36 kq
1. Fatimə Allahverdiyeva (RKİM)
2. Aylin Hidayətzadə (Günəşli İK)
3. Züleyxa Saparova (Sumqayıt şəhəri İOEUGİM)
3. Əskinaz Verdiyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-44 kq
1. Ayla Məmmədli (AHİTA)
2. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 UGİŞM)
3. Aydan Şahbazova (Quba CİK)
3. Nurgün Çolaxova (Turan İK)
-52 kq
1. Yelena Tekiç (ACF)
2. Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Jasmin Qardaşova (Masallı)
-63 kq
1. Həlimə Yunisli (Sumqayıt OİK)
2. Ülkər Həsənli (Kürdəxanı Cüdo Klub)
+70 kq
1. Aytac Rüstəmova (Goranboy OİK)
2. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Zeynəb Mehti (Turan İK)
Oğlanlar
-38 kq
1. Mehdi Əlişov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Bəxtiyar Cəbrayıllı (RKİM)
3. İslam Səmədov (Maştağa İK)
3. Zöhrab Sayadzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-46 kq
1. Hüseyn Xankişili (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Yusif Səmədzadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Zahid Hüseynzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hüseyn Əliyev (Arifoğlu İK)
-55 kq
1. Bayram Məmmədli (RKİM)
2. Abdurrəhman Əsgərov (Şuşa UGİM)
3. Mirsadiq Babayev (Neftçi Sumqayıt)
3. Ramazan Babayev (DİN İC)
-66 kq
1. Əli Məmmədli (RKİM)
2. Məhəmmədəli Heydərov (Rinat İK)
3. Vahid Xəlilov (Yevlax)
3. Rəvan Mahmudov (Balakən OİK)