RU

Napoli amerikalı investorların hədəfində

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Napoli" amerikalı investorların hədəfində

ABŞ-nin investisiya konsorsiumu İtaliyanın "Napoli" klubunu satın almağa çalışır.

QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, danışıqları "Underdog Global Partners" (UGP) aparır. Tərəflər arasında artıq təxminən 6 aydır gizli müzakirələr davam edir.

Klubun hazırkı sahibi Aurelio De Laurentis "Napoli"ni satmaq istəməsə də, amerikalılar buna baxmayaraq prosesə marağını davam etdirir.

Məlumata görə, UGP daha əvvəl İtaliyada "Kampobasso" klubuna və "Napoli" basketbol komandasına da investisiya yatırıb. Məqsəd isə futbol və basketbolu birləşdirən böyük idman strukturu yaratmaqdır. Eyni zamanda planlara "Dieqo Armando Maradona" stadionunun yenilənməsi də daxildir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
qol.az

2Источники