RU

"Araz-Naxçıvan" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən Gəncə klubu rəqibini Sumqayıtda qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq. 

Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib. 

Günün ikinci matçı da Sumqayıtda keçirilir. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkir. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb. 

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq. 

23 may (şənbə)

19:00. “Araz-Naxçıvan” - “Zirə” - 1:0 (Birinci hissə)

Qol: Patrik Andrade
Baş hakim: Əkbər Əhmədov
"SOCAR Polymer Arena"

15:00. “Kəpəz” - “Neftçi” - 0:1

Qol: Fredi Varqas 54
Qırmızı vərəqə: İfeanyi Metyu, 65 ("Neftçi")
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

24 may (bazar)

16:00. “İmişli” - “Karvan Yevlax” 

21 may (cümə axşamı)

 “Qəbələ” - “Şamaxı” - 3:1

22 may (cümə)

"Sumqayıt" - "Qarabağ" - 3:4

"Turan Tovuz" - "Sabah" - 1:2

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Emin Mahmudov ("Neftçi") - 11 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 10 qol

Karima Rossi ("Şamaxı") - 10 qol

Избранный
6
13
teleqraf.com

10Источники