RU

“Azarkeşlərin qarşısında gözükölgəli olmaq istəmirəm” – Azər Bağırov

Misli premyer-liqasının 33-cü turunda “Kəpəz” “Neftçi”yə məğlub oldu - 0:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konftansında Azər Bağırov jurnalistlərin suallarını cavablayıb.

- Mövsümün sonunda gənc oyunçulara şans verdiyim üçün sevinirəm. Öz üzərlərində çalışdılar. Uşaqlar döyüşdü, hər birinə təşəkkür edirəm. Mən komandaya gələndə 6 oyuna 0 xalımız var idi. Komandanı pley-offsuz elitada saxlamaq… Hər kəsə təşəkkür edirəm.

- Ən çox bəyəndiyiniz gənclər kimlərdi komandada?
- Şahnurla Raulu vurğulamaq istəyərdim. Bu fonda onlarla işləmək çox çətin idi.

- Sanki “Kəpəz” rəhbərliyi və azarkeşlər sizə qarşı haqsızlıq edir…
- Anlaşılmazlıqlar həmişə olur. “Kəpəz” azatkeşləri futbolu bilirlər. Qalmaq barədə təklif olub.

- Təklifdə sizi qane etməyən nə idi?
- Olduğum yerdə verdiyim sözün arxasında durmaq niyyətindəyəm. Azarkeşlərin qarşısında gözükölgəli olmaq istəmirəm.

- Rəhbərliklə aranız necədi?
- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşıdı aram. Büdcə məsələsi də var...

- Rəhbərlik avrokuboklar istəyir?
- Bu məsələnin kökündə başqa mövzular dayanır. Seleksiya, gələnlər, gedənlər… Bunun üçün azı üç il lazımdı.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
21
1
football-plus.az

2Источники