RU

Azərbaycanda ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək

Azərbaycanın rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan Bloger və İnfluenserlər Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 6 iyun tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.Forum öncəsi tədbirin spikerləri ilə görüş keçirilib, proqram axını, panel mövzuları və iştirakçılar üçün nəzərdə tutulan yeniliklər müzakirə olunub. Görüş zamanı forumun əsas məqsədinin ölkənin aparıcı blogerlərini, influenserlərini, marketinq və kommunikasiya sahəsinin nümayəndələrini bir platformada bir araya gətirmək olduğu vurğulanıb. Tədbir “Times Consulting” şirkətinin Gold sponsorluğu, “Teymur Collection”, “Molokan Mood”, “The GYM” və “By Hollywood” şirkətlərinin panel sponsorluğu, “Insure.az” və “Başkent”in sponsorluğu, “Markup Agency”nin dəstəyi ilə keçirilir. Sözügedən şirkətlərin dəstəyi ilə forum iştirakçılara daha geniş şəbəkələşmə imkanları, innovativ yanaşmalar və peşəkar müzakirələr təqdim edəcək.Forum 6 panel üzrə davam edəcək. Tədbirin ilk paneli “Əyləncə və yumor” paneli olacaq. Tədbir çərçivəsində şəxsi brendinq, rəqəmsal marketinq, sosial media strategiyası, kontent istehsalı və influenser marketinqi kimi aktual mövzular üzrə panel müzakirələri və çıxışlar təşkil olunacaq. Panel müzakirələri eyni anda zal 3 və zal 4-də keçiriləcək, iştirakçılar fərqli mövzularda çıxış və sessiyalara qoşulmaq imkanı əldə edəcəklər.Panel 1 – Əyləncə və yumorModerator: Pərviz Hüseynli - Jurnalist, aparıcı və influenser, redaktor Spiker: Azər Aydəmirov - Aktyor, ssenarist, prodüser Spiker: Elcan Rəsulov - Layihə rəhbəri, aparıcı və aktyor Spiker: Rəfin Cəfərov - Videobloger Spiker: Ervin Paşa - Dublyaj aktyoruPanel rəqəmsal məzmun istehsalı, yumorun auditoriya ilə əlaqədə rolu və əyləncə sektorunda yaradıcı yanaşmalar ətrafında müzakirələrlə yadda qalacaq. Panel zamanı spikerlər sosial mediada diqqət çəkən kontentin hazırlanması, videoməzmunun inkişafı, dublyaj və aktyorluq sahəsində təcrübələr, eləcə də şəxsi brendin formalaşdırılması mövzularında öz baxışlarını bölüşəcəklər.Panel 2 – İdman və sağlamlıqModerator: Vəfa Şeydayeva - Nutrisioloq və qidalanma davranışı üzrə mütəxəssis, Fitness məşqçiSpiker: Fərid Eyyubov - Qidalanma üzrə bələdçi , məşqçiSpiker: Gulya Əliyeva - Fitness təlimçisi, qidalanma mütəxəssisiSpiker: Fövqi Əfəndi - Fitway Group təsisçisi, qida mühəndisi və master məşqçi“İdman və sağlamlıq” paneli sağlam həyat tərzi, idmanın gündəlik həyata təsiri və rəqəmsal dövrdə sağlamlıq kontentinin rolu ətrafında maraqlı müzakirələrlə davam edəcək. Panel iştirakçıları sosial mediada sağlam yaşam trendləri, motivasiya yaradan məzmunun hazırlanması, idman və şəxsi intizamın uğura təsiri, eləcə də auditoriya ilə düzgün kommunikasiya mövzularında öz təcrübələrini bölüşəcəklər.Panel 3 – Biznes və şəxsi brendinqModerator: Aynur Xəlilova - Geyim dizayneri, podkasterSpiker: Anar Ağakişiyev - Beauty Academy by Anar TəsisçiSpiker: Tural Yusifov - Bloger, Media sahibkarı, radio aparıcısı, podkasterSpiker: İlkin Qəhrəmanlı - Garden Shop-un təsisçisi Cafe Botanist, Fuzzy və Cake Lab layihələrinin həmtəsisçisiSpiker: Esmira Quluzadə - Ballı Bisi Şirniyyat evinin təsisçisiSpiker: Əliyar Qasımov – Hollywood Group-un təsisçisiPanel çərçivəsində şəxsi brendin biznes uğuruna təsiri, sosial mediada etibarın qurulması, kontent strategiyası, auditoriya ilə düzgün kommunikasiya və rəqəmsal platformalarda fərqlənmək yolları müzakirə olunacaq.Panel 1 – İnsan və mədəniyyətMəruzəçi: Rahib Azəri – Əməkdar mədəniyyət işçisiModerator: DJ Fateh - Redaktor, kinossenarist, radioaparıcı, teleaparıcıSpiker: Aqşin Yenisey - Şair, publisist, yazıçıSpiker: Müşfiq Ötgün - Bakı Slavyan Universitetinin dosenti Filosof, fəlsəfə üzrə fəlsəfə doktoruSpiker: Elməddin Cəfərov - Çoxsaylı serialların layihə rəhbəri, aktyorSpiker: Orxan Fərəcli - Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi, Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi Həkim psixiatr“İnsan və mədəniyyət” paneli müasir dövrdə insan faktorunun, dəyərlərin və mədəniyyətin cəmiyyətə, biznesə və kommunikasiya mühitinə təsiri mövzusuna həsr olunub. Panel çərçivəsində dəyişən dünyada insan münasibətləri, təşkilati mədəniyyət, yaradıcılıq, sosial davranışlar və mədəniyyətin fərdi inkişaf üzərində rolu müzakirə ediləcək.Panel 2 – Həyat tərzi və səyahətNərmin Knyazlı - İnfluenser, televiziya və radio aparıcısıSevda Məmməd - Bizness Strateq, təsisçi, influenserAzər Qərib - Səyyah, Jurnalist, blogerTina Orucova – Hermano şirkəti, əməliyyatlar üzrə direktorGünel Qurbanova - İnfluenser, She Art aksessuar brendinin sahibiToğrul Qurbanov - İnfluenser, YoutuberSpikerlər şəxsi təcrübələri əsasında səyahət və həyat tərzi kontentinin yaradılması, sosial mediada autentik təqdimat, turizm və rəqəmsal media əlaqəsi, eləcə də auditoriya üçün ilhamverici və faydalı məzmun formalaşdırılması haqqında fikir mübadiləsi aparacaqlar.Panel 3 – Mətbəx və yeməkModerator: Vüsalə Əlizadə - Televiziya aparıcısıSpiker: Kənan Bədəlov - Yemək blogeriSpiker: Miryusif Mirzəzadə - Yemək blogeriSpiker: Nigar Asgar - Qida, həyat tərzi və texnologiya üzrə kontent yaradıcısıSpiker: İnci Həsənzadə - Qida təhlükəsziliyi üzrə mütəxəssis, Yemək blogeri“Mətbəx və yemək” paneli kulinariya dünyasının müasir trendləri, yemək mədəniyyəti və gastronomiyanın rəqəmsal mediada rolu mövzusuna həsr olunub. Panel çərçivəsində yeməyin yalnız qidalanma deyil, həm də mədəniyyət, həyat tərzi və kontent istiqaməti kimi formalaşması müzakirə ediləcək.Bloger və influenserlərin iştirak etdiyi görüş çərçivəsində rəqəmsal media mühitinin inkişafı, kontent yaradıcılığında yeni trendlər və auditoriya ilə daha effektiv kommunikasiya yolları ətrafında geniş müzakirələr aparılıb.Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara Milli Marketinq Forumunda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.

Biletləri əldə etmək üçün bifbaku.az saytına daxil ola bilərsiniz.

Избранный
8
1
metbuat.az

2Источники