RU

Tualet casusluq şübhəsi səbəbindən bağlandı

Tualet casusluq şübhəsi səbəbindən bağlandı

Norveçin şimalındakı Andeya adasında yerləşən və yerli aviabazanı görən ictimai tualet casusluqla bağlı şübhələr səbəbindən bağlanıb.

AFN.az xəbər verir ki, bu barədə Dagbladet qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Bukkeskerk istirahət zonasındakı tualet Norveçdəki sanitar qovşaqları arasında bəlkə də ən gözəl mənzərəyə malikdir. Tikintisinə təxminən 2,17 milyon dollar xərclənən obyektin xarici divarları güzgülü formada hazırlanıb, daxildən isə panoramik mənzərə açılır.

Tualetin bağlanması ilə bağlı qərarı kimin verdiyi açıqlanmasa da, obyektin siyasi təhlükəsizlik səbəbləri ilə fəaliyyətini dayandırdığı bildirilib. Hazırda bu addım profilaktik xarakter daşıyır və gələcəkdə aparılacaq qiymətləndirmələrdən sonra qərara yenidən baxıla bilər.

Məlumata görə, bunun üçün Norveç Silahlı Qüvvələri də daxil olmaqla aidiyyəti qurumlarla məsləhətləşmələr aparılacaq.

Избранный
46
2
afn.az

3Источники