“Qarabağ” Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandada çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Ağdam təmsilçisi futbolçulara çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.