RU

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kiyev, 23 may, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələrinin 23 may gecəsi hücumundan sonra Novorossiyskdə hərbi logistika üçün istifadə edilən əsas Rusiya neft obyektlərində yanğınlar baş verib.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahına istinadla xəbər verir.

Əsas hədəflərdən biri Novorossiyskdəki Şesxaris neft terminalı olub. Baş qərargah zərbəni və obyektdə baş verən yanğını təsdiqləyib.

Şesxaris Rusiyanın Qara dənizdəki ən böyük neft terminallarından biridir və “Transneft” sisteminin bir hissəsidir. Obyekt neft və neft məhsullarının daşınması, eləcə də Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün istifadə olunur.

Novorossiysk yaxınlığında Qruşevaya saxlama çən kompleksinə də zərbə endirilib. Hücumdan sonra orada yanğın baş verdiyi bildirilib.

Baş qərargah qeyd edib ki, neft anbarı Şesxaris kompleksinin vacib hissəsidir. O, neft və yanacağın saxlanması, habelə daşınması üçün istifadə olunur.

Bundan əlavə, Ukrayna qüvvələri Qara dənizdə Rusiyanın “kölgə donanması” gəmilərinin bazasına zərbə endirib. CHRYSALIS tankerinin zədələndiyi təsdiqlənib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
3
azertag.az

4Источники