RU

Zelenski Ukraynanın Aİ-də assosiativ üzvlüyü ilə razılaşmayıb

Zelenski Ukraynanın Aİ-də assosiativ üzvlüyü ilə razılaşmayıb

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın Kiyevə Avropa İttifaqında assosiativ üzvlük statusunun verilməsi təklifini ədalətsiz adlandırıb.

AFN.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenski Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda bildirib ki, assosiativ üzvlük statusu Ukraynanı birlik daxilində səsvermə hüququndan məhrum edəcək.

Məktub Avropa Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və hazırda Aİ Şurasına sədrlik edən Kipr prezidenti Nikos Xristodulidisə göndərilib.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Mers mayın 21-də Ukraynaya Avropa İttifaqına tamhüquqlu üzvlükdən əvvəl aralıq mərhələ kimi assosiativ üzv statusunun verilməsini təklif etmişdi. Bu status Ukrayna nümayəndələrinə Aİ sammitlərində və nazirlərin görüşlərində iştirak imkanı versə də, onlara səsvermə hüququ tanımır.

The European Conservative nəşrinin müəllifi mayın 22-də yazıb ki, Mersin Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirmək məqsədilə irəli sürdüyü bu təşəbbüs birlik daxilində ciddi fikir ayrılığı yaradıb. Məqalədə qeyd olunub ki, Almaniya kansleri Ukraynanın Aİ-yə inteqrasiyası məsələsində yaranmış dalanı aradan qaldırmağa çalışsa da, Brüsseldə onun təşəbbüsünün kifayət qədər koordinasiya aparılmadan və siyasi baxımdan əlverişsiz zamanda irəli sürüldüyü bildirilib.

Избранный
44
afn.az

1Источники