RU

Narendra Modi ABŞ-nin dövlət katibi ilə görüşdü

BAKI, 23 may. TELEQRAF

Hindistanın Baş naziri Narendra Modi ölkədə dördgünlük səfərdə olan ABŞ-nin dövlət katibi Marko Rubio ilə iki ölkə arasında əlaqələrin inkişafını və dünyada baş verən hadisələri müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan hökumətinin başçısı Nyu-Delidə baş tutan görüşdən sonra "X" sosial şəbəkəsindəki hesabında yazıb:

"Biz Hindistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığının davamlı tərəqqisini, eləcə də regional və qlobal sülh və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Hindistan və Amerika Birləşmiş Ştatları bütün dünyanın rifahı naminə sıx əməkdaşlığı davam etdirəcəklər".

Избранный
40
teleqraf.com

1Источники