RU

Vüqar Rəhimzadə: Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

 “Hazırda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın  vacibliyi əsasdır. Azərbaycanın dünyada əməkdaşlıq və dialoq məkanı kimi tanınması, nüfuz qazanması tədbir iştirakçılarının rəylərində də özünün aydın ifadəsini tapdı. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olması, həmçinin Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi tarixə yazıldığı xüsusi qeyd edildi. Şübhəsiz, bütün bu uğurların əsasında Azərbaycanın liderliyini qoruması, zəngin təcrübəyə malik olması, qlobal  problemlərin həllində fəal iştirakı və üzərinə götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək, müəyyənləşdirilən vəzifələri real  addımları ilə təsdiqləmək  hədəfi  dayanır. Təbii ki, belə  mötəbər tədbirlərə ev sahibliyi etmək  böyük uğur olmaqla yanaşı, eyni zamanda, məsuliyyətdir.  Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında da bu reallığı diqqətə çatdırdı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Eyni zamanda, bu əminlik  də ifadə edildi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi. Forum çərçivəsində səsləndirilən fikirlərdə də bu məqam vurğulandı ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə təhlükəsiz və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Urbanizasiya problemi hazırda əksər ölkələr üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni vəziyyət yaradıb. Bu baxımdan, şəhərsalma məsələsi ilə bağlı müzakirələr, qurulan dialoqlar və  təcrübə mübadiləsi diqqət mərkəzindədir. Bu baxımdan Bakı Forumu   Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi yüksək nüfuzunun göstəricisi oldu. Bakı beynəlxalq müstəvidə artıq qlobal dialoq məkanı kimi tanınır. İndiyə qədər müxtəlif qlobal məsələlərin məhz Bakıda müzakirə edilməsi, xüsusilə bu müzakirələrdə həll yollarının tapılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.  Bakının ev sahibliyi etdiyi  COP29 tədbiri belə nümunələrdəndir. 

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Bu kimi amillər ölkəmizin nüfuzunu artırmaqla yanaşı, qlobal problemlərin həllində maraqlı tərəflər üçün də cəlbedicidir. WUF13 COP29-dan sonra Azərbaycanda təşkil olunmuş ikinci ən böyük beynəlxalq tədbir olmaqla yanaşı, Bakı Forumu aparılan müzakirələr və problemlərin həlli yollarının tapılması baxımından Ümumdünya Şəhərsalma Forumunun da tarixinə düşdü.

V. Rəhimzadə əlavə edib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına uğurlu ev sahibliyi ilə  postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlərin fonunda dayanıqlı və təhlükəsiz şəhərlərin, yaşayış məskənlərinin qurulmasının təcrübəsini təqdim etdi: “Milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın Milli Şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha sübut edir. Ölkəmizin təşəbbüsü ilə Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirdiyi Milli Şəhərsalma forumlarının fonunda bir daha təsdiqləndi ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Bir sözlə, Azərbaycan WUF13-ün gündəliyinə mühüm töhfələri ilə qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. Ən vacib məqamlardan biri Azərbaycanın şəhərsalma təcrübəsini paylaşılması oldu. Dünya Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
6
olke.az

4Источники