RU

İspaniya nəhəngi Dümfrisə elçi düşdü

"İnter"in cinah müdafiəçisi Denzel Dümfris karyerasını İspaniyada nəhəngində davam etdirə bilər.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu "Real Madrid"in transfer siyahısındadır. 

"Liverpul"un da istədiyi 30 yaşlı arxa xətt oyunçusunun Milan təmsilçisi ilə müqaviləsindəki sərbəstqalma məbləği 25 milyon avrodur.

Dümfirisin "İnter" ilə anlaşmasının müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 28 matça çıxan milli üzvü 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Избранный
27
fanat.az

1Источники