ABŞ Prezidenti Donald Tramp İrana qarşı ehtimal olunan yeni zərbə dalğasına hazırlıq məqsədilə Nyu-Cersiyə olan həftəsonu tətilini yarımçıq qoyub.
Telekanalın məlumatına görə, gözlənilən hərbi addımlarla əlaqədar olaraq, Amerika hərbi və kəşfiyyat xidmətlərinin bəzi nümayəndələri də eynilə prezident kimi öz həftəsonu planlarını təxirə salıblar.
CBS telekanalı özəl mənbələrinə istinadən bildirmişdi ki, ABŞ hökuməti yaxın günlərdə İrana zərbələrə hazırlıq görür.