ain.az bildirir, Axar.az portalına istinadən.
İran BMT-də keçirilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə icmal konfransının yekun sənəd qəbul etmədən başa çatmasına görə ABŞ və onun müttəfiqlərini günahlandırıb. Tehran bildirib ki, Vaşinqtonun sərt mövqeyi müqavilənin gələcəyini təhlükə altına salır.
Axar.az xəbər verir ki, bu barədə İranın BMT yanındakı daimi nümayəndəliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın “həddindən artıq tələbləri” Nüvə Silahlarının Yayılmaması Müqaviləsini “sərbəst enişə” sürükləyir.
İran tərəfi vurğulayıb ki, icmal konfransı artıq üçüncü dəfədir yekun sənəd qəbul edilmədən başa çatır və bunun əsas səbəbi ABŞ və onun müttəfiqlərinin destruktiv mövqeyidir.
“Nüvə tərksilahı olmadan Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin gələcəyini təsəvvür etmək mümkün deyil”, - deyə bəyanatda bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.