RU

Qarabağda yeni milli parklar yaradılacaq

Yazını böyüt
Yazını kiçilt

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov hafta.az Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, yaxın gələcəkdə 10 min hektarlarla ərazini əhatə edən yeni milli parkların yaradılmasının şahidi olacağıq: "Çox böyük ərazilərdir. Ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq ki, daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək."

Rəşad İsmayılov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda yeni iki milli park yaradılıb: “İlisu Milli Parkı İlisu qoruğunun bazasında yaradılıb, digəri isə Axar-Baxar Milli Parkıdır. Axar-Baxar tamamilə yeni - əvvəlcə hər hansı bir yasaqlıq və ya qoruq olmayan ərazilərdə yaradılıb. Bu, onun göstəricisidir ki, biz artıq yeni ərazilərin zənginliyini araşdırırıq və onların mühafizə rejimini artırmağa çalışırıq. Ərazilər həm cəlbedici adı, həm də zəngin təbiəti ilə diqqət çəkir.”

Qeyd edək ki, geniş müsahibə bu gün 18:00-da Trend Beynəlxalq İnformasiya Agentliyində və ARB24 kanalında yayımlanacaq.

Избранный
23
8
hafta.az

9Источники