RU

Türkiyədə CHP-nin qurultayı ilə bağlı istintaq çərçivəsində 13 nəfər saxlanılıb

Saxlanılan şəxslər CHP-nin 2023-cü il qurultayı ilə bağlı korrupsiya və qanun pozuntularında ittiham olunurlar...

Türkiyə polisi ana müxalifət partiyası olan Cumhuriyet Halk Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı aparılan istintaq çərçivəsində 13 nəfəri saxlayıb.

Poliqon xəbər verir ki, bu barədə “Reuters” Agentliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər Türkiyənin yeddi müxtəlif vilayətində keçirilən əməliyyatlar zamanı nəzarətə götürülüblər. “Anadolu” Agentliyinin yaydığı xəbərdə bildirilir ki, onlara “Siyasi partiyalar haqqında qanunun pozulması”, “rüşvət alma” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması” maddələri üzrə ittihamlar irəli sürülüb.

İstintaq CHP-nin 2023-cü ildə keçirilən qurultayı ilə əlaqədardır. Həmin qurultayda partiyanın rəhbərliyinə Özgür Özel seçilmişdi. Bu həftənin əvvəlində isə məhkəmə qərarı ilə onun vəzifədən uzaqlaşdırılması Türkiyədə siyasi gərginliyi daha da artırıb.

Siyasi analitiklər hesab edirlər ki, məhkəmənin qərarı Türkiyədə demokratiya ilə avtoritar idarəçilik arasında balansın sınağı kimi qiymətləndirilir və bu proses Rəcəb Tayyib Ərdoğanın 23 illik hakimiyyətinin uzadılmasına təsir göstərə bilər.

Türkiyədə növbəti ümummilli seçkilər 2028-ci ilə təyin edilib. Lakin 72 yaşlı Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olmaq istəməsi halında seçkilərin daha erkən tarixə keçirilməsi zərurəti yarana bilər.

Ekspertlər məhkəmə qərarını növbədənkənar seçki ehtimalını artıran amillərdən biri kimi qiymətləndirirlər.

Türkiyə hökuməti isə siyasi rəqiblərə qarşı məhkəmə sistemindən istifadə edilməsi ilə bağlı ittihamları rədd edir və ölkədə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərdiyini bildirir.

Poliqon.info

Избранный
54
poliqon.info

1Источники