RU

Xaricdən avtomobil gətirənlərin NƏZƏRİNƏ: Bu halda cinayət məsuliyyətinə cəlb olunacaqsız

Xaricdən avtomobil sifariş edən bəzi vətəndaşlar son vaxtlar ciddi problemlərlə üzləşirlər. Belə ki, ödəniş edilsə də, nə avtomobil gətirilir, nə də ödənilən məbləğ geri qaytarılır.

Bu kimi hallarda vətəndaşın hansı addımları atmalı olduğu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov KONKRET.az-a açıqlama verib.

Aslan Əsədov

Ekspert bildirib ki, əgər xarici ölkədən avtomobil sifariş olunubsa və ödəniş həyata keçirildiyi halda maşın gətirilməyibsə, məsələ hüquqi araşdırma predmeti olmalıdır:

“Burada əsas məqam odur ki, vətəndaş mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Adətən belə hallarda tərəflər arasında müqavilə olur və ödənişin həyata keçirildiyini təsdiqləyən sənədlər mövcuddur. Əgər pul alınıb, amma avtomobil gətirilməyibsə və vəsait geri qaytarılmırsa, bu, artıq vətəndaşın etibarından sui-istifadə halı kimi qiymətləndiriləcək.
Bu məsələ artıq İnzibati Xətalar Məcəlləsinə aid deyil. Burada cinayət tərkibi yarana bilər və aidiyyəti şəxslərin cinayət məsuliyyətinə cəlb olunması gündəmə gəlir. Ona görə də vətəndaşlar vaxt itirmədən aidiyyəti qurumlara bütün ödəniş qəbzlərini, müqavilələri və yazışmaları təqdim etməlidirlər”.

Ekspertin sözlərinə görə, belə hallarda hüquqi prosedurların vaxtında başlanması və sənədlərin tam şəkildə toplanması vətəndaşın hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
24
1
konkret.az

2Источники