Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şamaxı, 23 may, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasının I kateqoriyalı hakimi Əli Babayev beynəlxalq güləş qaydalarının Azərbaycan dilinə tərcüməsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, tərcümə edilmiş materialda Dünya Güləş Birliyinin (UWW) qüvvədə olan yeni qaydaları, hakimlik meyarları və yarış prosedurları yer alıb. Layihənin əsas məqsədi güləş hakimləri, məşqçilər və idmançıların beynəlxalq qaydaları ana dilində daha rahat mənimsəməsinə şərait yaratmaqdır.
Müxbir - Cavid Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.