RU

“Ulduzlu görüşlər” adlı ədəbi tədbir keçirildi - FOTO

Vl türk dünyası ədəbiyyat və kitab festivalı çərçivəsində “Ulduzlu görüşlər” adlı tədbir keçirildi.

Bizim.Media xəbər verir ki, şair Qulu Ağsəsin moderatorluğu ilə keçirilən “Ulduzlu görüşlər” adlı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə telejurnalist Səyyarə Səyyaf və redaktor Leyla Səmədova, şairlər Qəşəm Nəcəfzadə, Zahid Xəlil iştirak etdilər.
 

MÖVZU İLƏ BAĞLI: 

 75 yaşlı şair Telman Axıncı yeni kitabını festivalda təqdim etdi


Görüş zamanı şeir, ədəbiyyat, kitab və onun insan həyatındakı əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıldı. Çıxışlarda müasir dövrdə gənclərin kitaba marağının artırılması, onların diqqətini ədəbiyyata yönəltmək üçün sosial şəbəkələrin imkanlarından istifadənin vacibliyi vurğulandı.

Bildirildi ki, sosial platformalarda kitabların təbliği oxu mədəniyyətinin inkişafına mühüm töhfə verir.

Tədbirdə gənclər üçün yaradılmış “Bookline” adlı sosial platforma haqqında da məlumat verildi.

Qeyd olundu ki, platformada tanınmış şair və yazıçılarla görüşlər təşkil edilir, onların yaradıcılığı oxuculara təqdim olunur. Bu layihənin əsas məqsədinin gənclərin ədəbiyyata marağını artırmaq, onları kitab dünyasına daha da yaxınlaşdırmaq olduğu bildirildi.

Uşaqların sevimlisi şair Zahid Xəlil, Qəşəm Nəcəfzadə sevilən şeirlərini səsləndirdi, muğamlar ifa olundu.


Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

Избранный
28
1
bizim.media

2Источники