RU

Məşhur müğənni xəstəxanadan evə buarxıldı

Türkiyəli məşhur müğənni Haluk Levent xəstəxanadan evə buraxılıb.

Bizim.Media Türkiyə KİV-ə istindən xəbər verir ki, müğənni mədə qanaxması keçirdiyi üçün mayın 20-də xəstəxanaya yerləşdirilib.

Bir müddət reanimasiya şöbəsində müalicə alan müğənninin sonradan vəziyyətinin stabilləşdiyi, qanaxmanın dayandığı bildirilib və müalicəsi tamamlandıqdan sonra evə buraxılıb.

Məlumata görə, müğənni Eskişehirdəki konsertindən sonra AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) ilə görüşə gedərkən yolda halı pisləşib.

Xatırldaq ki, müğənni Haluk Levent mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edib və sevilən mahnılarını səsləndirib.

Bizim.Media

Избранный
61
2
bizim.media

3Источники