RU

ABŞ kəşfiyyatının yeni rəhbəri odur - FOTO

ABŞ prezidenti Donald Tramp ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Gabbardın vəzifəsindən ayrılacağını açıqlayıb.

Prezidentin "Truth Social" hesabında paylaşdığı məlumata görə, Qabbard 30 iyun tarixində postunu tərk edəcək. Onun istefa qərarı həyat yoldaşında nadir sümük xərçəngi aşkarlanmasından sonra ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə bağlıdır.

Məlumata əsasən, Qabbard Oval kabinetdə Trampla görüşərək rəsmi istefa ərizəsini təqdim edib.

ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifəsini müvəqqəti olaraq Aaron Lukas icra edəcək. O, 2025-ci ilin iyulundan qurum rəhbərinin birinci müavini kimi fəaliyyət göstərib və 20 ildən artıq müddətdə Central Intelligence Agency sistemində çalışıb./milli.az/

Избранный
15
15
musavat.com

10Источники