RU

Əraqçi BMT Baş katibinə ABŞ ın həddindən artıq tələb irəli sürdüyünü bildirib

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın həddindən artıq tələbləri danışıqlar prosesində əsas maneədir.

İran mediasının xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.

İranın xarici işlər naziri Quterreşə müharibənin dayandırılması üçün aparılan mövcud diplomatik proseslə bağlı son vəziyyətdən danışıb.

O bildirib ki, ABŞ-ın öhdəliklərə əməl etməməsi, xüsusilə diplomatiyaya qarşı təkrarlanan “xəyanətləri”, “İrana qarşı hərbi təcavüzü, eləcə də ziddiyyətli mövqeləri və həddindən artıq tələbləri” Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mane olur.

Əraqçi vurğulayıb ki, İran ABŞ-a qarşı ciddi etimadsızlığa baxmayaraq, məsuliyyətli yanaşma ilə və tam ciddiyyətlə bu diplomatik prosesə qoşulub və məqbul, ədalətli nəticəyə nail olmaq üçün çalışır.

BMT-nin Baş katibi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiqini rədd edərək, BMT Nizamnaməsinin prinsiplərinə əməl olunmasının və bölgədə sülhlə sabitliyin təmin edilməsi üçün diplomatik yolların seçilməsinin vacibliyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
3
apa.az

4Источники