Leroy Sanenin Almaniya yığmasının DÇ-2026 üçün açıqlanan yekun siyahısında yer alması ölkədə müzakirələrə səbəb olub. Sanenin zatən bundestimə dəvət alması mövsümün gedişində bir neçə dəfə almaniyalı əfsanəvi isimlər tərəfindən tənqid olunmuşdu. Yığmanın baş məşqçisi Yulian Naqelsmann bu qərarına aydınlıq gətirərkən təcrübəli futbolçunun ''Qalatasaray''da yüksək göstəricilər yaxalamamasına rəğmən yığmanın heyətində son 4 oyunda 5 qolun vurulmasında yaxından iştirak etdiyini xatırlatmışdı. Sane geridə qoyduğumuz mövsümdə Türkiyə çempionunun heyətində 43 rəsmi oyunda iştirak edərək 7 qol, 9 məhsuldar ötürmə ilə fərqləndi. Ona qarşı yeni tənqidlər yönəldən isim Lotar Matteus olub. Almaniya futbolunun əfsanəsi bildirib ki, Naqelsmannın yerinə olsaydı, Saneni dünya çempionatına aparmazdı: ''Mən olsam, Saneni heyətə salmazdım. Onun yığmanın son 4 oyununda 5 məhsuldar hərəkətlə fərqlənməsi qulağa xoş gələn bir statistikadı. Amma gəlin, baxaq görək, bunu kimlərə qarşı edib? (Lüksemburq, Slovakiya, İsveçrə və Qanaya qarşı). Düzdü, Sane seçmə mərhələdə Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ancaq ondan da yaxşı performans sərgiləyənlər oldu. Seçmə mərhələdə 6-7 oyundan cəmi 1-də yaxşı oynamaq dünya çempionatı kimi bir turnirə aparılmaq üçün yetərlidimi? Sane hətta ''Qalatasaray''da da daim əsas heyətdə oynamır. Bu mövsüm ümidləri tam olaraq doğrultmadı. Fanatlar bəzi matçlarda onun lehinə təzahüratlar səsləndirsə də, ümumi götürdükdə onlar Sanenin oyunundan razı deyil''.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта