Ukrayna müharibənin 1550-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 354 810 hərbçi, 11 949 ədəd tank, 24 599 ədəd zirehli döyüş maşını, 42 579 ədəd artilleriya sistemi, 1 799 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 394 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1444 ədəd yerüstü robot-texnika kompleksi, 98 406 ədəd avtomobil texnikası, 306 478 ədəd PUA, 4 632 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 212 xüsusi avadanlıq itirib.
"Cebheinfo.az"