RU

Qlobal ticarət həcmi birinci rübdə 3,5 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Yaxın Şərqdə hərbi əməliyyatlara və Hörmüz boğazının bağlanmasına baxmayaraq, 2026-cı ilin birinci rübündə qlobal ticarət həcmi əvvəlki rüblə müqayisədə 3,5% artıb.

Banco.az xəbər verir ki, bu barədə Niderland İqtisadi İşlər və İqlim Siyasəti Nazirliyinin İqtisadi Təhlil Bürosunun (İTB) araşdırmasında qeyd edilib.

Hesabatda süni intellekt sektorunun qlobal ticarətin artımına böyük təsir göstərdiyi bildirilir. 

Yaponiya ixracı yanvar-mart aylarında rüblük müqayisədə 3%, Çin ixracı isə 11,3% artıb. Eyni zamanda, ABŞ idxalı da eyni dövrdə 6,3% artıb.

 Qeyd edək ki, BMT qlobal ticarətin 2025-ci ildəki 4,7% artımdan sonra bu il 1,5-2,5% artacağını proqnozlaşdırır.

Ümumdünya Ticarət Təşkilatı hesab edir ki, süni intellekt bumu gözləniləndən daha güclü olarsa, artım 3%-ə çata bilər.

Избранный
14
1
banco.az

2Источники