RU

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edib.

Bu barədə ölkənin Baş naziri Peter Madyar “Facebook” hesabında məlumat yayıb.

O bildirib ki, Budapeşt eyni zamanda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması prosesini də dayandıracaq.

“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini geri götürür və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur”, – deyə Madyar yazıb.

Baş nazir qəbul edilən qərarların səbəbləri barədə əlavə məlumat verməyib.

 

MənbəAPA
Избранный
27
2
banker.az

3Источники