Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniya millisinin keçmiş hücumçusu və Polşanın “Qurnik” klubunun həmsahibi Lukaş Podolski futbolçu karyerasını başa vurub.
İdman.Biz bildirir ki, bu barədə klubun sosial media hesabında məlumat verilib.
“Bir fəsil bağlandı. Yeni bir dövr başlayır. Dünya çempionu Lukaş Podolski bu həftə sonu uğurlu karyerasına son qoyacaq. O, uşaqlıq klubu “Qurnik”in sahibi olacaq. Hər şey üçün təşəkkür edirəm, Poldi!” - Polşa klubunun açıqlamasında deyilir.
Oyunçu karyerası ərzində Podolski “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe”, “Antalyaspor” və “Qurnik” kimi klublarda oynayıb. Podolski 2014-cü ildə Almaniya milli komandası ilə dünya çempionu olub.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.