RU

Bu ölkə dünya çempionatına buraxılmaya bilər

Konqo Demokratik Respublikasının milli futbol komandası 2026-cı il dünya çempionatından kənarlaşdırılma təhlükəsi ilə üzləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, buna ölkədə yayılan “Ebola” epidemiyası səbəb olub.

Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, komanda ABŞ-ə yollanmadan əvvəl Belçikada 21 günlük karantindən keçməlidir. Əks halda, onların turnirə ev sahibliyi edən ölkələrə girişinə icazə verilməyə bilər.

Konqo DR millisi epidemiya səbəbindən Kinşasadakı təlim-məşq toplanışını ləğv edərək hazırlığını Belçikada davam etdirmək qərarı verib.

Qeyd edək ki, komanda qrup mərhələsində Portuqaliya, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Избранный
23
6
bakivaxti.az

7Источники