RU

"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib

İstefasını elan edən ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbard Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə pərdəarxası münaqişəyə girib.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, milli kəşfiyyat direktorunun Aparatı bir neçə aydır MKİ ilə münaqişədə olub və bu, sonradan Senatın Daxili Təhlükəsizlik və Dövlət İslahatı Komitəsinin dinləməsi zamanı ictimaiyyətə açıqlanıb.

Öz növbəsində "The Washington Post" qəzeti qeyd edib ki, Donald Trampın hazırkı prezidentlik müddəti ərzində MKİ ilə milli kəşfiyyat direktorunun Aparatı arasında ciddi qarşıdurma olub və Qabbardın istefası, ehtimal ki, MKİ direktoru Con Retkliffin mövqeyini gücləndirəcək.

Qabbard tərəfindən yaradılan "Director's Initiative Group (DIG)" İşçi Qrupunda bir il xidmət etmiş MKİ zabiti Ceyms Erdman 13 may dinləməsində ifadə verib. Bu qurum araşdırmalara, yüksək səviyyəli işlər üzrə sənədlərin dərc olunmasına və administrasiya siyasətinin həyata keçirilməsinə mane olmaq üçün mümkün cəhdlərin müəyyən edilməsinə cavabdeh idi.

C.Erdmanın yazılı ifadəsinə görə, MKİ DIG-in fəaliyyətinə nəzarəti əngəlləyib və qrup üzvlərinin qanunsuz araşdırmalarını aparıb.

O, idarənin sənədləri və məlumatları gizlətdiyini, həm İşçi Qrupu üzvlərinə, həm də Qabbardın özünə girişi qadağan etdiyini bildirib. Bundan əlavə, C.Erdman iddia edir ki, MKİ DIG işçilərinin rabitə və kompüter fəaliyyətini izləyib.

Избранный
53
far.az

1Источники