RU

“Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir. 

QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. 

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən Gəncə klubu rəqibini Sumqayıtda qəbul edəcək.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq. 

Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib. 

Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb. 

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq. 

23 may (şənbə)

15:00. “Kəpəz” - “Neftçi”   
Baş hakim:
Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. “Araz-Naxçıvan” - “Zirə”
Baş hakim:
Əkbər Əhmədov
"SOCAR Polymer Arena"

24 may (bazar)

16:00. “İmişli” - “Karvan Yevlax” 

21 may (cümə axşamı)

 “Qəbələ” - “Şamaxı” - 3:1

22 may (cümə)

"Sumqayıt" - "Qarabağ" - 3:4

"Turan Tovuz" - "Sabah" - 1:2

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Emin Mahmudov ("Neftçi") - 11 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 10 qol

Karima Rossi ("Şamaxı") - 10 qol

Избранный
54
3
teleqraf.com

9Источники