RU

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur qidalanma mütəxəssisi və King's College London Universitetinin elmi işçisi Meqan Rossi bağırsaq xərçəngi riskini azaldan qidalanma vərdişlərini bölüşüb. Nənəsini bu xəstəlikdən itirən mütəxəssis erkən diaqnozun sağalma şansını 94 faizə çatdırdığını vurğulayıb.Araşdırmalara görə, bağırsaq xərçəngi hallarının 54 faizinin qarşısını almaq mümkündür. Hər gün pəhrizə əlavə edilən 10 qram lif xəstəlik riskini 10 faiz azaldır.Mütəxəssis bağırsaq sağlamlığını qorumaq üçün hər gün istehlak edilməsi vacib olan qidaları və pəhriz sirlərini açıqlayıb.Həftədə iki kiloqramdan çox qatıq və kefir istehlak etdiyini deyən Rossi süni dadlandırıcı və qatılaşdırıcı tərkibli məhsullardan uzaq durmağı tövsiyə edir. Çünki bu maddələr bağırsaq bakteriyalarının strukturunu pozur. Fermentasiya olunmuş süd məhsulları bədəndəki iltihabı və qan təzyiqini tənzimləyir.Gündəlik təxminən 90 qram tam taxıl məhsulları yemək xərçəng riskini 17 faiz azaldır. Yulaf bağırsaq hüceyrələrini qoruyan faydalı turşular yaradır. Rossi gecədən kefirdə isladılmış yulafın faydasının daha çox olduğunu bildirir.Mütəxəssis mərci, noxud və lobya kimi məhsulları hər gün pəhrizə daxil etməyi məsləhət görür. Paxlalılar həm lif, həm də protein anbarıdır. Rossi qırmızı ətin xərçəng riskini 22 faiz artırdığını xatırladaraq fərqli üsul təklif edir:"Həyat yoldaşım əti çox sevir. Onu bu vərdişdən imtina etməyə məcbur etmək əvəzinə, fərqli yol seçdim. Məsələn, qiyməli yemək hazırlayanda ətin yarısını mərci ilə əvəz edirəm. Çoxu bu fərqi heç hiss etmir".Evdə hazırlanan popkorn çipsilərdən iki dəfə çox lif ehtiva edir. Rossi hər həftə sonu zeytun yağı ilə popkorn hazırladığını və bəzən üzərinə tünd şokolad əlavə etdiyini bildirir.Artışok prebiotik liflərlə zəngindir və bağırsaqdakı faydalı bakteriyaları bəsləyir. Arpa isə qəhvəyi düyüdən iki dəfə çox lifə malikdir. Bişirilib soyudulmuş arpa bağırsaq üçün daha faydalı dözümlü nişasta formalaşdırır.Rossi emal olunmuş ət məhsullarını (kolbasa, sosiska, bəzi hisə verilmiş ətlər) heç vaxt almadığını deyir. Gündəlik 50 qram emal olunmuş ət xəstəlik riskini 18 faiz artırır. Həmçinin alkoqol qəbulunun da bağırsaq xərçəngi ilə birbaşa əlaqəsi sübut edilib."Bağırsaq xərçəngindən qorunmaq ideal olmaq demək deyil, gündəlik həyata kiçik faydalı vərdişlər əlavə etməkdir", - deyə mütəxəssis fikrini tamamlayıb.Yəni, bağırsaq xərçəngindən qorunmaq üçün kolbasa-sosiska kimi emal olunmuş ətlərdən və alkoqoldan uzaq durmaq, hər gün pəhrizə qatıq, yulaf, mərci və artışok kimi lifli qidaları əlavə etmək lazımdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
94
demokrat.az

1Источники