RU

"Axios": Tramp İrana yeni zərbələri ciddi şəkildə nəzərdən keçirir

BAKI, 23 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələrin endirilməsi variantını ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb. Qeyd olunub ki, məsələ ABŞ lideri ilə birbaşa müzakirə olunub.

Məlumata görə, Vaşinqton son anda aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, hərbi variantı gündəmdə saxlayır.

Xatırladaq ki, Tramp daha əvvəl İrandan mümkün razılaşma ilə bağlı “müsbət cavab” gözlədiyini bildirib və əks halda hərbi addımların mümkünlüyünü istisna etməyib.

Избранный
76
teleqraf.com

1Источники