RU

“Euronews” Bakıdakı WUF13 barədə material hazırladı

"Euronews" telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına həsr olunmuş material hazırlayıb.

Publika.az xəbər verir ki, materialda forumun şəhərlərin gələcəyi ilə bağlı müzakirəsinin memarlıq, infrastruktur və şəhər mənzərələrindən kənara çıxaraq, şəhərlərin münaqişələr, iqlim dəyişikliyi, sürətli şəhərləşmə və bərabərsizliyi yerli icmaları geridə qoymadan necə həll edə biləcəyi kimi aktual qlobal məsələnin həlli üçün genişləndiyi bildirilir.

"Mənzil məsələsi şəhərlərdə və cəmiyyətlərdə bərabərsizliyi, imkanları, dayanıqlığı, sabitliyi və sülhü müəyyən edən sistemli qlobal problemə çevrilib", - WUF13-ün cümə günü keçirilən bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax deyib.

Onun sözlərinə görə, mənzilin əlçatanlığı, köçürülmə və iqlim dəyişikliyinə qarşı həssaslıq bu qlobal problemin əsas hərəkətverici qüvvələridir.

A.Rossbax qeyd edib ki, forumun "Bakı Fəaliyyətə Çağırışı" adlandırılan yekun bəyanatında şəhər transformasiyası vasitəsilə iqlimə davamlı və inklüziv şəhərlər yaratmaq üçün torpaqdan istifadə, maliyyə, infrastruktur və idarəetməni birləşdirən mənzil həlləri tapmağın mürəkkəbliyi vurğulanıb.

Избранный
74
publika.az

1Источники