RU

Moskva Paşinyana mesaj göndərdi: Kreml İrəvanın prioritetlərindən narazıdır

Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının Astanada keçiriləcək sammitinə qatılmamaq qərarı Moskvada narazılıqla qarşılanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın baş nazir müavini Aleksey Overçuk bunu İrəvanın siyasi prioritetləri ilə bağlı açıq siqnal adlandırıb.

Overçukun fikrincə, Paşinyanın sammitə gəlməməsi Ermənistan rəhbərliyinin hansı istiqamətə üstünlük verdiyini göstərir:

“Onun orada olmaması artıq müəyyən siqnaldır – prioritetlərini necə müəyyənləşdirdiyini göstərir.”

Rusiyalı baş nazir müavini bildirib ki, Paşinyanın heç olmasa videobağlantı vasitəsilə iştirak etməsi tam yoxluqdan daha yaxşı variant olardı.

Moskvanın açıqlamalarından görünür ki, Kreml Ermənistan rəhbərliyinin son aylarda Avrasiya İqtisadi İttifaqından daha çox Qərb istiqamətinə fokuslanmasını diqqətlə izləyir. Rusiyada artıq açıq şəkildə İrəvanın xarici siyasət kursunun dəyişməsi ilə bağlı narahatlıq hiss olunur.

Paşinyan daha əvvəl açıqlamışdı ki, mayın 28-29-da Astanada keçiriləcək Aİİ sammitinə seçkiqabağı kampaniya səbəbindən qatılmayacaq. Ermənistanı tədbirdə baş nazirin müavini Mher Qrigoryan təmsil edəcək.

Musavat.com

Избранный
96
musavat.com

1Источники