RU

Kremlə yaxın rusiyalı ekspert: Avropa Ermənistanı yox, Paşinyanı seçir

Ermənistanda seçkiyə günlər qalmış Kremlə yaxın ekspertlərin Paşinyan hakimiyyətinə və Qərbin bölgə siyasətinə dair açıqlamaları diqqət çəkir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiyanın MGIMO universitetinin professoru, uzun illər revanşist erməni dairələrinə yaxın mövqeyi ilə seçilən Ivan Safrançuk Ermənistan cəmiyyətinin qarşısında “daha az Ermənistan, daha çox Paşinyan” seçiminin qoyulduğunu iddia edib.

Rusiyanın Xarici İşlər Nazirliyinə bağlı MGIMO-nun eksperti seçkiqabağı kampaniyanın “reallıqdan qopduğunu” bildirib. Onun fikrincə, Nikol Paşinyan və komandası ağır siyasi vəziyyəti “gülümsəyən lider”, ürək işarələri və internet-bloqer stilində aparılan kampaniya ilə ört-basdır etməyə çalışır.

Safrançuk Paşinyanın kampaniyasını ABŞ-də Kamala Harrisin seçki kampaniyası ilə müqayisə edib. Onun sözlərinə görə, Ermənistanda da “şənlik və sevinc kampaniyası” görüntüsü yaradılır, halbuki ölkənin içində olduğu geosiyasi vəziyyət tamamilə fərqlidir.

Kremlə yaxın politoloq xüsusilə Avropa ilə keçirilən son görüşlərə diqqət çəkib. O hesab edir ki, bu artıq “Avropa Birliyi-Ermənistan” münasibətləri deyil, “Paşinyan–Avropa” münasibətləridir. Safrançukun fikrincə, Qərb postsovet məkanında artıq dövlətlərlə deyil, konkret liderlərlə işləyir:

Ekspert iddia edir ki, Avropa Ermənistanda da uzun müddət hakimiyyətdə qala biləcək və Qərbin bölgədə dayağına çevriləcək fiqur kimi Paşinyana üstünlük verir.

Musavat.com

Избранный
101
musavat.com

1Источники