RU

Kirayəçilərin gizli qazanc oyunu ifşa oldu – AÇIQLAMA

Kirayə bazarında rast gəlinən hallardan biri də kirayənişinlərin mənzili ev sahibinin razılığı olmadan gündəlik və ya daha qısa müddətli kirayəyə verməsidir. Bəzi hallarda bu prosesdən ev sahibi xəbərsiz olur və mənzil faktiki olaraq qeyri-rəsmi qazanc mənbəyinə çevrilir. Bu isə həm mülki münasibətlərdə pozuntu yaradır, həm də hüquqi məsuliyyət məsələsini gündəmə gətirir. Belə vəziyyətlərdə əsas sual ondan ibarətdir ki, yaranan hüquqi və mümkün cinayət məsuliyyəti hansı tərəfin üzərinə düşür və qanun bu halları necə tənzimləyir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Müşviq Abbasov Demokrat.az-a bildirib ki, burada məsuliyyət əsasən kirayəçinin üzərinə düşür, ev sahibinin isə bu prosesdə hər hansı bir hüquqi və ya maddi məsuliyyəti olmur:

“Ümumiyyətlə, ev sahibinin xəbəri və razılığı olmadan kirayəçi mənzili götürüb onu daha yüksək qiymətə, xüsusilə də gündəlik kirayə formatında üçüncü şəxslərə təqdim edirsə, bu hal müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilir və yaranan mülki hüquqi nəticələr birbaşa kirayəçinin üzərinə yönəlir.

Belə bir vəziyyətdə, ümumilikdə, cinayət məsuliyyəti yaranmır, çünki bu, əsasən mülki-hüquqi münasibətlərin pozulması hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, həmin mənzildə hər hansı cinayət əməli törədilərsə, o halda cinayət törətmiş şəxs ümumi qaydalar əsasında məsuliyyətə cəlb edilir və bu, artıq kirayə münasibətindən asılı olmayaraq hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilir”, – deyə o qeyd edib.

Yəni ev sahibi bilmədən onun evini başqasına kirayə verən şəxs qanunu pozur və evdə nəsə baş versə, mülk sahibi yox, həmin kirayəçi və hadisəni törədən şəxs məsuliyyət daşıyır.

Избранный
1
1
konkret.az

2Источники