RU

“Sabah” bu mövsüm ən az qol buraxan komandadır

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çempion “Sabah” Azərbaycan Premyer Liqasında 2025/26 mövsümündə qapısından ən az qol buraxan komandadır.

İdman.Biz bildirir ki, Valdas Dambrauskasın yetirmələri öz qapılarında 25 qol görüblər.

“Qarabağ” və “Turan Tovuz” isə hərəyə 27 dəfə meydançanın mərkəzinə dəvət ediliblər.

Mövsüm ərzində “Sabah”ın qapısına ən çox qolu “Araz-Naxçıvan” vurub – 5 qol.

“Qarabağ” 4, “Sumqayıt” və “Zirə” hərəyə 3, “Turan Tovuz”, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Şamaxı”, “İmişli”, “Karvan-Yevlax” və “Qəbələ” hərəyə bir dəfə çempionu məyus ediblər. Yəni, çempionatdakı bütün klublar “Sabah”ı mərkəzə dəvət edə biliblər. Bir oyunda “Sabah”ın qapısına ən çox qolu “Qarabağ” vurub – 3.

“Sabah” 78 xal toplayaraq mövsümü çempion kimi başa vurub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
icma.az

1Источники