RU

İranla danışıqlar məhsuldar davam edir -

ABŞ Dövlət Katibi Marko Rubio İranla danışıqlar barədə açıqlama verib.Metbuat.az xəbər verir ki, o, danışıqların məhsuldar davam etdiyini, lakin Hörmüz boğazında yol haqqı tələbinin qəbuledilməz olduğunu bildirib. Rubio bu sözləri İsveçin Helsinqborq şəhərində keçirilən NATO xarici işlər nazirlərinin görüşündən əvvəl mətbuata açıqlamasında deyib.

Rubio ABŞ Prezidenti Donald Trampın bəzi NATO müttəfiqlərinin Yaxın Şərqdəki əməliyyatlara verdiyi reaksiyalardan məyus olduğunu da təkrarlayıb. O bildirib ki, bu məsələ həllini tapmalıdır.

Избранный
84
metbuat.az

1Источники