RU

Mauritsio Sarri “Atalanta”ya keçir

İtaliyalı mütəxəssis Mauritsio Sarri “Latsio”dan ayrılmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, məşqçi karyerasını A Seriyasının başqa klubunda davam etdirə bilər.

67 yaşlı mütəxəssis böyük ehtimalla “Atalanta” klubuna baş məşqçi təyin olunacaq. Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb.

Sarri ilə “Atalanta” arasında imzalanacaq müqavilənin 2029-cu ilə qədər nəzərdə tutulacağı bildirilir. Onun illik maaşı 3,5 milyon avro təşkil edəcək.

İtaliya çempionatında son tur ərəfəsində “Atalanta” 58 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda 22 mayda səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

Избранный
61
90deqiqe.az

1Источники