ABŞ-nin Nyu-Cersi və Nyu-York ştatlarında 10 mindən çox insan daşqın və fırtına səbəbindən elektriksiz qalıb.
Amerika mediasının məlumatına görə, güclü yağış Nyu-York şəhərinin Bruklin və Kvins rayonlarında daşqınlara səbəb olub. Rəsmilər yağışın miqdarının şəhərin kanalizasiya sisteminin tutumunu aşdığını bildiriblər. Nəticədə bəzi ərazilərdə şiddətli fırtına səbəbindən yıxılan ağaclar maşınlara zərər verib, Nyu-Cersidə isə 10 mindən çox insan elektriksiz qalıb.
Rizvan CƏFƏROV,
Azərbaycan