RU

Niyə özəl klinikalarda xidmət daha bahadır AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Özəl xəstəxanalarda göstərilən tibbi xidmətlərin qiymətləri müxtəlif amillərin təsiri ilə formalaşır. Bu sahədə tariflər yalnız bir göstəriciyə əsaslanmır, həm tibbi xidmətin xarakteri, həm istifadə olunan avadanlıq, həm də personalın ixtisas səviyyəsi qiymət siyasətinə birbaşa təsir edir. Ümumilikdə isə qiymətlərin formalaşması həm iqtisadi, həm də təşkilati faktorların birgə nəticəsi kimi ortaya çıxır.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, özəl xəstəxanalarda qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün sərbəstdir və hər kəs qiyməti öz istəyinə uyğun təyin edir:"Bu səbəbdən Azad İstehlakçılar Birliyinə vətəndaşların lüzumsuz müayinələrə yönləndirilməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olur ki, bu da ciddi problemlərdən biridir. Sığorta məsələsi ilə bağlı narazılıqlar insanları özəl xəstəxanalara üz tutmağa vadar edir, halbuki hər bir ailənin zamanla formalaşmış, nəsildən-nəslə keçən və etibar etdiyi öz həkimi var. Lakin şəxsən mənim və digər ailələrin inandığı bu həkimlərin böyük əksəriyyəti bu sistemdən kənarda qalıb. Sanki müəyyən xəstəxanalar tanşlıq və subyektiv amillərlə sığortaya cəlb olunub. Mən təklif edirəm ki, bütün özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə daxil edilsin ki, insanlar öz tanıdıqları və orqanizmlərinə bələd olan həkimlərə rahatca müraciət edə bilsinlər".Ekspert deyib ki, hazırda sistemdə ciddi paradoks var: "Sığorta çərçivəsində həkimlərə çox az pul ödənildiyi üçün onlar bu xəstəxanalarda işləmək istəmirlər, halbuki xəstəxana xəstənin sığorta hesabından böyük məbləğlər silir. Mən ömrüm boyu sosial müdafiə haqları və sığorta pulu ödəsəm də, sığorta ilə işləməyən öz həkimlərimə getdiyim üçün bu xidmətdən bir dəfə də olsun yararlana bilməmişəm, çünki sağlamlığımı təsadüfi birinə etibar edə bilmərəm. İndiki vəziyyətdə bəzi özəl xəstəxanalar özbaşınalıq edərək insanları lüzumsuz müayinələrlə bezdirir, başqa yerdə keçirilmiş yeni müayinə nəticələrini qəbul etməyərək xəstələri sövdələşdikləri müəyyən klinika və laboratoriyalara göndərirlər. Çarəsiz qalan xəstə isə zombi kimi onların bütün tələblərini yerinə yetirməli olur , - deyə ekspert bildirib.Ekspert son olaraq qeyd edib ki, narazılıq doğuran bu hala son qoyulsa yaxşı olar.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
demokrat.az

1Источники